“Yuventus”dan ayrılan Anxel Di Mariyanın sabiq klubuna qayıdacağı haqda xəbərlər doğru çıxıb.
“Football-plus.az” xəbər verir ki, argentinalı yarımmüdafiəçi 13 ildən sonra yenidən “Benfika”da oynayacaq. Portuqaliya klubunun rəsmi saytının məlumatında azad agent olan dünya çempionu ilə 1 illik müqavilə imzalandığı bildirilib.
Xatırladaq ki, 35 yaşlı Anxel 2007-10-cu illərdə də “Benfika”da çıxış edib. O, 2010-cu ildə “Real”a transfer olunmuşdu.