UEFA ''Fənərbaxça''nın oyunçularına cəza verdi!

6.09.2026 12:37 1
Dünya futbolu
Çempionlar Liqasının startı ərəfəsində UEFA-dan ''Fənərbaxça''ya cəza gəlib.

“Football-plus.az” xəbər verir ki, məlum olduğu kimi UEFA təsnifat mərhələsinin pley-offunda İstanbul nəhənginin ''Lion'' ilə səfər oyunundan sonra yaşanan qalmaqalla bağlı araşdırmaya başlamış, hər iki klub Nizam-İntizam Komitəsinə sövq edilmişdi. Matteo Genduzi ilə Meyson Qrinvud oyundan sonrakı dava-dalaşda iştirak etdiklərinə görə cəzalanıblar. Qrinvuda 30 min avro para cəzası və 1 oyunluq şərti cəza verilib. Genduziyə isə 50 min avroluq para cəzası və 2-si şərti olmaqla 4 oyunluq cəza verilib. Bu futbolçular bir il ərzində yenə NİK-ə sövq edilsələr, şərti cəza qüvvəyə minəcək. Amma Genduzi 2 oyunluq cəzasını artıq qarşıdakı oyunlarda çəkməli olacaq. ''Fənərbaxça'' liqa mərhələsinin ilk iki turunda evdə ''Roma'' və səfərdə ''Aston Villa'' ilə qarşılaşacaq. İstanbul nəhəngi dərhal bu qərara etiraz edib. Genduzi ilə bağlı qərar dəyişməsə, fransalı futbolçu bu iki matçı buraxmalı olacaq. Bundan başqa ''Fənər''in özünə 95 min avro, ''Lion'' isə 108 min avro cəza verilib. Eləcə də dəhlizdə Genduzinin üzərinə hücum çəkən ''Lion''un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra 2-si şərti olmaqla 5 oyunluq cəza alıb.