Paris nəhəngi ilk 3 tura cəmi 2 xal toplayıb. ''Monako''ya son ev məğlubiyyətinin ardından baş məşqçi Luis Enrike ÇL-dəki rəqiblər barədə sual verilib. PSJ-nin rəqiblərindən biri isə ''Qalatasaray''dı. Bu oyun gələn ilin yanvarın 27-də İstanbulda baş tutacaq. Luis Enrike İstanbul səfərinin onun üçün xüsusi önəm kəsb etdiyini bildirib:
''Qalatasaray''ı analiz etməmişik. Bu oyuna hələ çox var. Ancaq oyunçularını tanıyırıq və necə yüksək səviyyəyə malik olduqlarını bilirik. ''Qalatasaray''ın stadionundakı atmosferdən xəbərim var. Mənim İstanbulla bağlı çox gözəl və xüsusi bir anım var. ''Barselona''nın heyətində 100-cü qolumu məhz ''Qalatasaray''la səfər oyununda vurmuşdum''.






