“Borussiya”da yeni futbolçu

4.07.2023 18:51 260
Dünya futbolu
“Borussiya” heyətinə yeni futbolçu cəlb edib.


"Football-plus.az" xəbər verir ki, Dortmund klubu “Volfsburq”un oyunçusu Feliks Nmeçanı transfer edib. Almaniyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Borussiya” bu transfer üçün 30 milyon avro təzminat ödəyəcək. 22 yaşlı oyunçu yeni klubunda “8” nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Nmeça 2022/23 mövsümündə “Volfsburq”un heyətində bütün turnirlərdə 32 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.