Yulian Brandt rəhbərliyin yeni təklifini qəbul edib. Yarımmüdafiəçi Dortmund “Borussiya”sı ilə müqaviləsini yeniləyib.
"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, yeni anlaşmanın müddəti 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub. Brandt “Bayer-04”ün yetirməsidi. O, “Borussiya”da 2019-cu ildən çıxış edir. Alman futbolçu bu mövsüm Dortmund klubunda bütün turnirlərdə 34 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.