“Borussiya”da yeni futbolçu

6.06.2023 21:15 242
Dünya futbolu
“Borussiya” heyətinə yeni futbolçu cəlb edib.


"Football-plus.az" xəbər verir ki, Dortmund klubu Münhenqladbax “Borussiya”sı ilə müqaviləsinin müddəti başa çatan Rami Bensebaynini transfer edib. Əlcəzairli müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. O, yeni lubuna azad agent kimi keçib.

Qeyd edək ki, Bensebayni 2022/23 mövsümündə bütün turnirlərdə 30 matçda iştirak edib, 7 qol vurub və 1 qolun ötürməsini verib.