“Mançester Siti” daha bir oyunçu alıb. İngiltərənin son çempionu “Anderlext”in müdafiəçisi Serxio Qomesi transfer edib.
Klubun saytının yaydığı xəbərə görə, 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Qomes MS-də “21” nömrəli forma ilə çıxış edəcək. “Sky Sports”un məlumatına görə, transfer üçün 11 milyon funt sterlinq (13 milyon avro) ödənilib.
“Barselona”nın yetirməsi İspaniyanın gənclərdən (U-21) ibarət komandasının üzvüdü. O, 2018-ci ilin qışında Dortmund “Borussiya”sına satılıb. Sonra icarə əsasında “Ueska”da oynayıb. Daha sonra isə 1,5 milyon avroya “Anderlext”ə satılıb. Qeyd edək ki, Serxio ötən mövsüm “Anderlext”in heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 7 qol vurub və 15 məhsuldar ötürmə edib.