Dortmund "Borussiya "sı heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Bundesliqa təmsilçisi son klubu "Mançester Siti" olan Ceyden Brafı transfer edib. "Borussiya" 19 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Braffın peşəkar karyerası "Mançester Siti"də başlayıb. Lakin o, "şəhərlilər"in heyətində meydana çıxmayıb. Futbolçu ötən ili icarə əsasında "Udenize"də keçirib.
"Borussiya"dan yeni transfer
Dünya futbolu




