"Zirə" iştirak ərizəsini UEFA-ya göndərdi

15.07.2022 21:53 519
Konfrans Liqası
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, qəsəbə təmsilçisi İsrailin "Makkabi"(Tel-Əviv) klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Siyahıda ümumilikdə 24 futbolçu yer alıb.

Xatırladaq ki, "Zirə"nin "Makkabi" ilə ilk oyun iyulun 21-də, cavab matçı 28-də baş tutacaq. Komanda ilk matçı "Dalğa Arena"da keçirəcək.