Avrokuboklarda iştirak edən klublar iştirak ərizəsini UEFA-ya nə vaxt göndərəcək?

14.07.2022 19:38 521
Aktual
Məlum olduğu kimi, ölkəmiz avrokuboklarda 4 klubla təmsil olunur.

Çempionlar Liqasında yarışan “Qarabağ” iki oyunun nəticəsinə görə “Lex”i üstələdi. Növbəti rəqib isə “Sürix”di. Konfrans Liqasında çıxış edəcək komandalarımızdan “Neftçi” “Aris”lə ilk oyunu iyulun 21-də, Bakı vaxtı ilə saat 21.30-da “AEK Arena”da keçirəcək. Cavab görüşü 28-i, saat 21.30-da “Bakcell Arena”da start götürəcək. “Zirə” isə “Makkabi”ylə iyulun 21-i, saat 20.00-da “Dalğa Arena”da qarşılaşacaq. Cavab görüşü bir həftə sonra Təl-Əvivdəki "Blumfild" stadionunda, saat 21.30-da başlayacaq. Mövsümü 4-cü yerdə bitirən “Qəbələ” də ilk görüşü rəqib meydanında keçirəcək. İyulun 21-i, saat 21.00-da başlayacaq oyunun revanşı bir həftə sonra, 20.00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Maraqlıdı, komandalarımızın bu görüşlər üçün iştirak ərizəsi hazırdı? Sənəd nə vaxt UEFA-ya göndəriləcək? Bu suallara cavab almaq üçün klubların mətbuat katibləri ilə əlaqə saxladıq.

Gündüz Abbaszadə (Qarabağ): “İştirak ərizəsində heç bir dəyişiklik olmayacaq. Sənədi hələ göndərməmişik. Sabah (bu gün) saat 00.00-a kimi vaxtımız var. Ona görə də sabah göndərəcəyik”.

Rüstəm Allahverdiyev (Neftçi): “Əlbəttə, ərizə hazırdı. Vaxtımız olduğuna görə hələ göndərməmişik”.

Elmar Abdullazadə (Zirə): “Hələ ki göndərilməyib. Amma hazırdı və son müddətə kimi UEFA-ya təqdim olunacaq”.

Anar Hacıyev (Qəbələ): “Hələ ki göndərməmişik. Göndərən kimi məlumat veriləcək. İştirak ərizəsində kimlərin yer alacağı da açıqlanacaq”.

ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul