“Köhlən atlar”ın beynəlxalq əlaqələr üzrə meneceri ilə əlaqə saxlayıb püşkatma barədə təəssüratını öyrəndik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Bizim üçün maraqlı püşk oldu. Püşkatmadan dərhal sonra “Linkoln Red İmps” təmsilçisi ilə danışdım. Klub və ölkə haqda bir-birimizə məlumat verdik. Söhbətimiz daha çox təşkilati məsələlər, səfərlər barədə oldu. Əsas odu ki, ilkin tanışlığımız baş tutdu. Biilirsiz ki, ilk görüş Cəbəllütariqdə keçiriləcək. Bu səbəbdən də artıq səfər oyununun təşkilati məsələlərinə başlamışıq”.
İLKİN SULTANLI





