"Səbail" mövsümlərarası fasilədə ilk legioner transferini rəsmiləşdirmək üzrədi.
"Football-plus.az" saytının məlumatına görə, "dənizçilər" son "futbol ili"ni Portuqaliya elitasında keçirən Valdemar Antonio Almeyda ilə razılaşıb.
"Akademik de Vizau" ilə müqavilə müddəti iyunun 30-da başa çatan futbolçu ilə danışıqlar müsbət yekunlaşıb. Yarımmüdafiəçi yaxın günlərdə münasibətləri rəsmiləşdirmək üçün Bakıya üz tutacaq. Anqolalı peşəkar futbolçunun transferinin gələn həftə ictimaiyyətə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 31 yaşlı mərkəz oyunçusu Pana adı ilə tanınır. O, 2022/23 mövsümündə "Akademik de Vizau"nun heyətində 28 matça çıxıb. Hesabında 1 məhsuldar ötürmə var.
KƏNAN BAHADIR