"Səbail"dən növbəti legioner transferi

20.06.2022 22:26 482
Premyer-liqa
Yeni mövsümə hazırlıqları davam etdirən "Səbail" heyətinə yeni legioner cəlb edib.

"Football -plus.az" xəbər verir ki, "dənizçilər" Portuqaliyalı futbolçu Qoba Zakpanı transferini gerçəkləşdirib.

Kiprin ikinci liqa komandası "Etnikos"da çıxış edən 29 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, hücumçu "Etnikos"un heyətində 25 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.