“Sabah” “Beşiktaş”la danışıqları yekunlaşdırmaq üzrədi - AÇIQLAMA

2.05.2023 15:57 396
Manşet
“Beşiktaş”ın “Sabah”la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix dəqiqləşmək üzrədi.

Bu haqda “Football-plus.az”a “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Onun sözlərinə görə, xeyriyyə matçı ilə bağlı bir çox məsələlər razılaşdırılıb:

“Mayın ilk yarısında “Beşiktaş”la qarşılaşmanın baş tutması planlaşdırılır. Artıq bir çox vacib məsələ həllini tapıb. Danışıqlar bir neçə saat ərzində bitəcək. Ən real variant mayın 13-dü. Qısa zamanda dəqiq məlumatı ictimaiyyətə açıqlayacağıq”.


Qeyd edək ki, "Beşiktaş" Türkiyə superliqasının 34-cü turunda dincələcək. “Sabah” isə Misli premyer-liqasının 33-cü turunda mayın 5-də “Kəpəz”lə, 34-cü turunda isə 14-də “Sumqayıt”la qarşılaşacaq.

KƏNAN BAHADIR