Yeni mövsümdə iddialı olmağa çalışan “Səbail” daha bir futbolçunu transfer etmək niyyətindədi.
“Football-plus.az” xəbər verir ki, söhbət “Şamaxı”nın üzvü Bahadur Həziyevdən gedir.
Yarımmüdafiəçi köhnə komandasına dönəcək. “Dənizçilər” 24 yaşlı futbolçunu birilliyə icarəyə götürəcək. Bahadur 2023/24 mövsümündə özünü yaxşı tərəfdən göstərə bilsə, transfer olunmaq öncəliyi “Səbail”də olacaq. Maraq üçün xatırladaq ki, yarımmüdafiəçinin “şirlər”lə 2025-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Bahadur 2022/23 mövsümündə “Şamaxı”nın heyətində 36 görüşdə meydana çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib. “Neftçi”nin yetirməsi olan futbolçu MOİK, “Səbail” və “Şamaxı”da peşəkar futbol oynayıb.
İLKİN SULTANLI