“Bu mövsüm Gəncə azarkeşi ölkə futboluna səs salmaqdadı” – “Xəmsə” “Qarabağ”ı gözləyir

18.11.2026 12:51 0
Ölkə futbolu / Manşet
Hazırda Gəncə camiəsinin “Qarabağ”la oyun üçün gün saydığına şübhə yoxdu. Əks halda, elə ilk gündə 8400 bilet satılmazdı. Axı Misli premyer-liqasının 12-ci turunda keçiriləcək matça hələ 5 gün var.

Bəs tərəfdarlar görüşə necə hazırlaşır? “Sarı-göylər”in “köhlən atlar”ı məğlub edəcəyinə inanırlarmı?

Bu suallarla “Kəpəz”in ən böyük fanklubu “Xəmsə”nin rəhbəri Müşviq Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Azarkeş olaraq bütün oyunlara necə hazırlaşmışıqsa, yenə də eyni qaydada hazırlaşırıq. Düşünürük ki, bu mövsüm Gəncə azarkeşi ölkə futboluna səs salmaqdadı. İnanmaq istəyirik ki, rəqibin kimliyindən asılı olmayaraq, komandamız da eyni əzmkarlığı göstərəcək”.

Xatırladaq ki, oyun saat 17.00-da start götürəcək.

KƏNAN BAHADIR