Şahin Diniyev bu futbolçunun "Səbail"ə transferini istədi - ÖZƏL

27.06.2023 14:33 709
Aktual / Ölkə futbolu
"Səbail" 2023/24 mövsümündə iddialı olmaq niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, yerli bazarda olduqca fəal olan "gəmiçilər" indi legioner axtarışındadı. Şahin Diniyev rəhbərlikdən bir futbolçunun keçidini həll etməsini istəyib. Bu, Matiya Lyuçiçdi. 29 yaşlı serbiyalı yenidən icarəyə götürüləcək. Çünki yarımmüdafiəçinin Macarıstan "Uypeş"i ilə müqaviləsi var. Lyuçiçlə yenidən 1 illik saziş imzalanması üçün danışıqlar aparılır.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısından "Səbail"də çıxış edən serbiyalı 16 oyun keçirib. Bu görüşlərdə 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

İLKİN SULTANLI