Fransada keçirilən “Böyük dəbilqə” seriyalı “Rolan Qarros” turnirində 2-ci mərhələ də arxada qaldı.
“Football-plus.az” xəbər verir ki, kişilərin tunirində favoritlərdən Andrey Rublev, Novak Cokoviç, Karlos Alkaras, Stefanos Sisipas, Holger Rune və Kasper Ruud 1/16 finala adladı.
Qadınların mübarizəsində bu mərhələnin Arina Sobolenko – İrina Şimanoviç görüşündənn sonra az qala qalmaqal yaşanacaqdı. Turniri işıqlandırmaq üçün Fransada olan ukraynalı xanım jurnalistlərdən biri görüşdən sonra Sobolenkoya 2020-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenkoya dəstək xarakterli məktub yazdığını xatırladıb, eləcə də tennisçidən Ukraynaya hücumla bağlı dəqiq mövqeyini açıqlamağı xahiş edib. Sobolenko isə yalnız bu ifadə ilə kifayətlənib: “Suala görə sağ olun. Mən bu məsələni şərh etməyəcəm”. Xanım həmkarımız sualı bir daha təkrarlayınca mətbuat konfransının moderatoru müdaxilə etməli olub.
Qadınlar arasında əsas favoritlərdən biri də Yelena Rıbakinadı. Qazaxıstan təmsilçisi çexiyalı Linda Noskovanı məğlub etməklə cari mövsümdə 30-cu qələbəsini qazandı (7 məğlubiyyət). Bu il qələbə sayında onu yalnız Sobolenko (31) qabaqlayır. İqa Sventek də builki 30-cu qələbəsini Kler Lyu üzərində qazandı.