Dünyanın aparıcı kişi və qadın tennisçilərinin ənənəvi həftəlik reytinqi açıqlanıb.
“Football-plus.az” xəbər verir ki, peşəkar Tennisçilər Assosiasiyasının (ATP) kişi tennisçilər üçün reytinqində ilk “10-luq”la bağlı bir dəyişiklik var. Əvvəlki reytinqdə tennis tarixində ilk dəfə “10-luq”da üç rusiyalı yer almışdısa və ruslar bu məqamla qürur duyurdusa, Karen Xaçanov mövqeyini əldən verib. Kişilərin sıralamasına Novak Cokoviç başçılıq edir, onu Karlos Alkarasla Daniil Medvedev izləyir.
Qadınların Tennis Assosiasiyasının (WTA) reytinqində əvvəlki həftə ilə müqayisədə heç bir dəyişiklik yoxdu. İlk üç pillədə İqa Sventek, Arina Sobolenko və Yelena Rıbakina qərarlaşıb.
АТР reytinqi
1 (1*). Novak Cokoviç (Serbiya) 7595
2 (2). Karlos Alkaras (İspaniya) 7175
3 (3). Daniil Medvedev (Rusiya) 5845
4 (4). Kasper Ruud (Norveç) 4960
5 (5). Stefanos Sisipas (Yunanıstan) 4875
6 (6). Holger Rune (Danimarka) 4375
7 (7). Andrey Rublev (Rusiya) 4000
8 (8). Teylor Frits (ABŞ) 3515
9 (9). Yannik Sinner (İtaliya) 3300
10 (12). Frensis Tiafo (ABŞ) 3085
WTA reytinqi
1 (1). İqa Sventek (Polşa) 8940
2 (2). Arina Sobolenko (Belarus) 8011
3 (3). Yelena Rıbakina (Qazaxıstan) 5090
4 (4). Karolin Qarsiya (Fransa) 5025
5 (5). Cessika Pequla (ABŞ) 4905
6 (6). Ons Jaber (Tunis) 3491
7 (7). Kori Qauff (ABŞ) 3251
8 (8). Mariya Sakkari (Yunanıstan) 3117
9 (9). Petra Kvitova (Çexiya) 3101
10 (10). Beatris Haddad-Mayya (Braziliya) 2690
* - əvvəlki reytinqdəki yerini göstərir.