Paytaxt klubu milli futbolçu ilə gücləndi

29.06.2023 19:52 237
Dünya futbolu
“Tottenhem” heyətini Ceyms Meddison ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, London klubu onu “Lester”dən transfer edib. İngiltərə yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. Yerli mənbələr “Arsenal”ın bu transfer üçün “Lester”ə 47 milyon avro ödədiyini xəbər verib.

26 yaşlı hücumameyilli yarımmüdafiəçi “Lester”də 2018-ci ildən çıxış edirdi. O, ötən mövsüm bu komandada 32 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.