Meddisonun qiyməti 40 milyon funt sterlinq deyil!

31.07.2022 20:32 475
Dünya futbolu
“Lester” Ceyms Meddisona görə “Nyukasl”ın təklifini geri çevirib.

Football-plus.az
xəbər verir ki, rəhbərlik qarşı tərəfin 40 milyon funt sterlinq məbləğində müraciətinə mənfi cavab verib. Yerli mənbələr “Lester”in 25 yaşlı yarımmüdafiəçini təxminən 60 milyon funt sterlinq dəyərləndirdiyini xəbər verir. “Nyukasl” rəhbərliyi indi bu tələb haqda düşünür.

Meddison “Lester”də 2018-ci ildən çıxış edir. O, premyer-liqanın son mövsümündə meydana çıxdığı 35 oyunda 12 qolun və 8 məhsuldar ötürmənin müəllifi olub.