Nəriman yenə şans qazanmadı

8.11.2026 22:45 0
Dünya futbolu
Türkiyə superliqasında 11-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Nəriman Axundzadənin çıxış etdiyi "Ərzurumspor" səfərdə "Rizespor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nəriman bu görüşdə də meydana çıxmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

14 xalı olan "Ərzurumspor" 12-ci pillədə qərarlaşıb.