"Lester"dən 14 milyonluq transfer

27.01.2023 12:10 228
Dünya futbolu
“Lester” “Kopenhagen”in müdafiəçisi Viktor Kristianseni transfer edib.

Football-plus.az xəbər verir ki, İngiltərə klubu danimarkalılara 14 milyon avro ödəyib. Gənc futbolçu ilə müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Kristiansen “Kopenhagen”in yetirməsidi. O, əsas komandada 73 oyuna çıxıb, 1 qol vurub.