“Görünür, artıq futboldan üzüsulu ayrılmaq istəyir” – Emin Mahmudov yığma üçün bitmişdi?

8.11.2026 20:00 27
Ölkə futbolu / Manşet
Bildiyiniz kimi, Emin Mahmudov yığma karyerasını bitirməyə qərar verib. O, noyabrın 16-da keçiriləcək Andorra ilə oyunda sonuncu dəfə milli formanı geyəcək. 34 yaşlı yarımmüdafiəçi indi qədər bu formada 6 oyuna çıxıb, 16 qol vurub, 3 məhsuldar ötürmə verib.

Eminin vida qərarı yetərincə gözlənilməz oldu. Doğrudanmı, Mahmudov yığma üçün bitib? Hələ bir müddət də davam edə bilməzdimi?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün təcrübəli mütəxəssis Arif Əsədovla əlaqə saxlayıb:

“Təbii ki, bu qərarın səbəbini ən yaxşı Emin Mahmudov özü bilər. Millidə oynamağı dayandırmağı lazım bilibsə, deməli, bunu düşünüb və özü belə qərar verib. Məncə, son vaxtlar istər klubda, istərsə də millidə ehtiyatda qalması da bu qərara təsir göstərib. Görünür, artıq futboldan üzüsulu ayrılmaq istəyir. Hesab edirəm ki, hər bir futbolçu karyerasını vaxtında və layiqiincə başa vurmağı bacarmalıdı. Emin Mahmudov kimi futbolçuların Azərbaycan futbolunda öz statusu və qazandığı nüfuz var. Belə oyunçular imicinə xələl gətirməmək üçün vaxtında düzgün qərar verməlidilər”.

İSRAYIL XEYRULLAYEV