“Arsenal” MS-dən daha bir futbolçu aldı

21.07.2022 18:56 344
Dünya futbolu
“Arsenal” heyətini “Mançester Siti”nin daha bir futbolçusu ilə gücləndirib.

Braziliyalı hücumçu Qabriel Jezusu transfer edən London klubu MS-dən Aleksandr Zinçenko ilə də razılığa gəlmişdi. Yerli mənbələr paytaxt təmsilçisinin 25 yaşlı yarımmüdafiəçi üçün 30 milyon funt sterlinq ödədiyini xəbər verib. Zinçenko sabiq klubunu bonus kimi daha 2 milyon funt sterlinq irəli sala bilər.

Ukraynalı oyunçu “Siti”də 2016-cı ildən çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 28 oyunda 6 məhsuldar ötürmə edib.