“Tottenhem”dən daha bir transfer

18.08.2022 21:50 440
Dünya futbolu
“Tottenhem” heyətini daha bir futbolçu ilə gücləndirib. İngiltərə klubu sıralarına yeniyetmə oyunçu cəlb edib.

Paytaxt təmsilçisi “Udineze”dən Destini Udocini transfer edib. London klubunun rəsmi saytının məlumatına görə, 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Amma müdafiəçi 2022/23 mövsümünün sonunadək “Unideze”də icarə əsasında oynayacaq. “Tottenhem” bu transfer üçün İtaliya klubuna 18 milyon avro ödəyib.

Qeyd edək ki, Destini “Verona”nın yetirməsidi. O, ötən mövsüm “Udineze”nin heyətində A seriyasında 37 oyuna keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Udoci İtaliyanın U-21 yığmasının da üzvüdü.