“Lester” Avstraliya yığmasının və “Stok Siti”nin mərkəz müdafiəçisi Harri Suttarı da transfer edib.
24 yaşlı futbolçu ilə müddəti 2028-ci il iyunun 30-na qədər olan müqavilə imzalanıb. “Lester” bu transfer üçün “Stok Siti”yə 17 milyon avro ödəyib. Suttar 2016-cı ildən oynadığı “Stok Siti”də 70 oyuna 2 qol vurub. O, ötən müddətdə icarə əsasında “Ross Kaunti” və “Flitvud Taun”da da oynayıb. Harrinin Avstraliya yığmasında 14 oyuna 6 qol vurduğunu da bildirək.