"Heç-heçə ədalətli nəticə oldu" - "İmişli"nin məşqçisi

8.11.2026 19:45 0
Ölkə futbolu / Manşet
"İmişli" Misli premyer-liqasının 11-ci turunda "Sumqayıt"la heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, "pələnglər"in məşqçisi Ervins Perkons oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edirəm. Bərabərsəviyyəli oyun getdi. Matç planlaşdırdığımız kimi getmədi. Xüsusilə də, birinci hissə istədiyimiz kimi alınmadı. İkinci hissə daha yaxşı oynadıq. 100 faizlik qol epizodumuz olmadı, amma şanslarımız var idi. Heç-heçə ədalətli nəticə oldu. İstədiyimiz bu deyildi. Futbolçuların performansından razıyam.

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyun nə düşünürsüz? Yevlaxda rəqiblərin sizə qalib gələ bilməməsi nə ilə əlaqədardı?
- Düşünmürəm ki, mən gəldim və hər şey dəyişdi, artıq qalib gəlməyə başladıq. Məncə, hər şey oyunçuların meydanda qoyduğu performansdan asılıdı, motivasiyaları yüksəkdi. Bunu oyunçulara borcluyuq, azarkeşlərdən də çox şey asılıdı. Onlara təşəkkür edirəm. Bəlkə də ola bilər ki, süni örtüklü meydança bəzi komandaları narahat edir. Onlar buna öyrəşməyiblər. Üstəlik, uzun yol qət edirlər. Ancaq düşünürəm ki, hər şey işləməkdən asılıdı.