Şahmatçılarımız Avropa çempionatında liderdi

8.11.2026 23:28 0
İdman
Şahmatçılarımız Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək yeniyetmələr arasında Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

"Football-plus.az" xəbər verir ki, yarışın beşinci turundan sonra iki təmsilçimiz öz yaş kateqoriyalarında liderlik edirlər.

18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova keçirdiyi beş görüşün hamısında qalib gələrək maksimum nəticə - beş xal toplayıb. Azərbaycan şahmatçısı ən yaxın izləyicisini bir xal qabaqlayır.

18 yaşadək oğlanların yarışında Tunar Davudov turnir cədvəlinə başçılıq edir. 16 yaşadək oğlanların mübarizəsində isə Paşam Əlizadə ikinci pillədə qərarlaşıb.

Digər təmsilçilərimizdən Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (G-18) və Şəmsi Qaraxanov (U-14) ilk onluqda yer alaraq medal qazanmaq şanslarını qoruyurlar.

Yeniyetmələr arasında Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.