Şmeyhel “Lester”i “Nitsa”ya dəyişdi

4.08.2022 18:42 408
Dünya futbolu
Qapıçı Kasper Şmeyhel “Lester”dən “Nitsa”ya keçib.

"Football-plus.az" xəbər verir ki, Fransa klubu 35 yaşlı qolkiperin keçidini dünən axşam saatlarında açıqlayıb. Müqavilə şərtləri açıqlanmasa da, bir neçə gün əvvəl danimarkalının 3 illik müqaviləyə imza atacağı deyilirdi. Transfer məbləği bonuslar nəzərə almadan 1 milyon funt təşkil edib.

2011-ci ildən “Lester”in şərəfini qoruyan Şmeyhel 2016-da bu komanda ilə İngiltərə çempionu olub. Premyer-liqanın ötən mövsümündə isə 37 oyuna çıxıb, 57 qol buraxıb.