• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ceko Hande Yenərin mahnısını populyar edə biləcəkmi?

Dünya futbolu

29-06-2023, 11:0

Bu yayın Türkiyədə ilk mühüm transferinin müəllifi “Fənərbaxça” oldu.

"Football-plus.az" xəbər verir ki, daha öncə heyətini ingiltərəli vinger Rayan Kentlə gücləndirməklə və qapıçı İrfan Can Eğribayatla daimi əsasda müqavilə imzalamaqla transfer dönəminə sürətli daxil olan İstanbul nəhəngi bosniyalı ulduz Edin Cekonun da transferini bitirdi.

Avropada son illərin ən önəmli qolçularından biri olan Ceko srağagün səhər saatlarında İstanbula ayaq basdı. 37 yaşlı futbolçu tibbi müayinədən keçəndən sonra ikiillik müqaviləyə imza atdı. Futbolçunun maaşına gəlincə, illik qazancı 4,2 milyon avro təşkil edəcək. Ceko “İnter”dən ayrılaraq azad agent stausunda olduğu üçün “Fənər”ə havayı başa gəlib. Adətən, belə statusda olan tanınmış oyunçulara Türkiyədə imza parası da ödənilir. Klubun rəsmi açıqlamasında bu mövzuya və performans bonuslarına yer verilməsə də, Türkiyə mətbuatının yazdığına inansaq, “Fənər” Cekoya 2 milyon avro imza parası da ödəyəcək!
Təbii ki, ilk növbədə futbolçunun yaşı diqqəti cəlb edir. 37 yaşda bəzi futbolçular artıq karyerasını başa vurur. Və ya təzyiqin az, pulun çox olduğu ölkələrə yollanmağa üstünlük verirlər. Məsələn, Marek Hamşik Cekodan 1 yaş kiçik olduğu halda, artıq futbolla vidalaşmaq qərarına gəlib. Amma təcrübəli forvard fiziki cəhətdən yetərincə yaxşı formadadı. Geridə qoyduğumuz mövsüm 30 yaşlı Romelu Lukakunun ehtiyatda qalmasına səbəb olan Ceko bir dəfə də zədələnmədi və 52 rəsmi oyunda 14 qol, 6 məhsuldar ötürmə ilə fərqləndi. Ümumiyyətlə o, son 5 mövsümün heç birində 38-dən az oyun keçirməyib (2021/22 - 49 oyun, 17 qol, 10 ötürmə, 2020/21 – 38 oyun, 13 qol, 5 ötürmə, 2019/20 – 43 oyun, 19 qol, 14 ötürmə, 2018/19 – 40 oyun, 14 qol, 10 ötürmə). Qısaca qeyd edək ki, öz ölkəsinin təmsilçisi “Jelezniçar”ın yetirməsi olan Ceko karyerası ərzində bu klubdan başqa “Teplitse”, “Volfsburq”, “Mançester Siti”, “Roma”da çıxış edib. Joze Mourinyonun gəlişindən sonra “canavarlar”a lazım olmayan forvard son iki mövsümü “İnter”də keçirib. “Fənər”də “9” nömrəli formanı seçən Ceko klubun tarixinə 8-ci bosniyalı futbolçu kimi düşüb. “Sarı-lacivərdlilər”də daha öncə bu ölkədən Elvir Baliç (1998/99, 2000/01), Elvir Boliç (1995-00), Demir Hotiç (1993), Srebrenko Repçiç (1983-85), Suat Karaliç (1983/84), Muhamed İbrahimbeqoviç (1982/83) və Asim Ferhatoviç (1962/63) top qovub. Maraqlıdı ki, “Fənərbaxça” Cekonun transferinin videosunu Hande Yenərin “Beni Sev” mahnısı ilə təqdim edib. Görünür, ötən mövsüm “Qalatasaray”da Mauro İkardi Simge Sağının “Aşkın Olayım” mahnısını populyarlaşdırdığı kimi “Fənər” də Cekonun bu mahnını populyarlaşdırmasına çalışacaq. Hande Yenər zatən uzun illərdi “Fənər” azarkeşi kimi tanınır. Cekonun klubun rəsmi kanalına ilk açıqlaması belə olub:

“Gözəl duyğular yaşayıram. “Fənərbaxça”nın böyük klub olduğunu onsuz da çoxdan bilirdim. Amma bura ayaq basandan sonra doğru qərar verdiyimi bir daha anladım. Meydana çıxacağım anı səbirsizliklə gözləyirəm. Bu möhtəşəm ailənin bir parçası olduğum üçün xoşbəxt və qürurluyam. Fanatlarımıza söz verirəm ki, nəinki hər matçda, hətta hər məşqdə də əlimdən gələni edəcəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-06-2023, 12:0

Ceko ''Fənərbaxça'' üçün İstanbula gəldi

Dünya futbolu

16-06-2023, 23:0

“Fənərbaxça” ilk transferini reallaşdırdı - ŞƏRH

Dünya futbolu

13-06-2023, 22:0

''Fənərbaxça'' ilk transferini reallaşdırdı

Dünya futbolu

20-06-2022, 19:0

Nvakaemenin “Trabzonspor” macərası başa çatdı!

Dünya futbolu

31-01-2023, 13:0

''Fənərbaxça'' transferdə öz rekordunu yenilədi

Dünya futbolu

16-07-2022, 16:0

Məsut Özilin yeni klubu ilə müqaviləsinin detalları

Aktual
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
Son xəbərlər
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 166
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə