• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” ilk transferini reallaşdırdı - ŞƏRH

Dünya futbolu

16-06-2023, 23:0

Mövsümü 2-ci pillədə başa vuran və ölkə kubokunu qazanan “Fənərbaxça” indidən ilk transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, baxmayaraq ki, Türkiyədə yay “transfer pəncərəsi” yalnız iyunun 26-da açılacaq. İstanbul nəhəngi “Reyncers”in ulduzu Rayan Kenti heyətinə qatıb. 26 yaşlı ingiltərəli vingerin Qlazqo nəhəngi ilə müqavilə müddəti başa çatdığından o, “sarı-lacivərdlilər”ə azad agent statusunda qismət olub. Kentlə dördillik müqavilə imzalanıb. Onun illik qazancı 1,7 milyon avro təşkil edəcək. Qeyd edək ki, driblinq özəlliyi, cəldliyi və asmaları ilə diqqəti çəkən futbolçu əsasən sol cinahda oynayır. Amma o, hücumun istənilən bölgəsində oynamağı bacarır. Kent “Liverpul”un yetirməsi olsa da, əsas komanda ilə yalnız bir dəfə - 2016-da rəsmi oyuna çıxmağa müvəffəq olub. Kent karyerasının ilk illərində icarə əsasında “Koventri”, “Barnsli”, “Frayburq”, “Bristol Siti”nin şərəfini qorusa da, bu klublarda özünü göstərə bilməmişdi. Onun ulduzu 2018-də “Reyncers”ə keçəndən sonra parlamağa başladı. Bu klubda ilk mövsümü icarə əsasında keçirəndən sonra qlazqolular mersisaydlılara 7,2 milyon avro ödəyərək Kenti daimi əsasda transfer etdi. “Reyncers” 2020/21-də çempion olaraq “Seltik”in hegemonluğuna son qoydusa, növbəti mövsüm AL-in finalına qədər irəlilədi. Bu uğurlarda Kentin rolu heç də az olmadı. Ümumilikdə bu futbolçu “Reyncers”də 5 mövsüm ərzində 138 rəsmi oyuna çıxaraq 28 qol, 33 məhsuldar ötürməlik performans sərgiləyib. Onu da bildirək ki, Kent “Fənərbaxça” tarixinin 178-ci əcnəbi və cəmi 3-cü ingilis futbolçusudu. Daha öncə bu klubda ingilislərdən Horas Armitaj (1907/08) və Delian Atkinson (1995-97) çıxış edib. Horas Armitaj, ümumiyyətlə, “Fənər” tarixinin ilk əcnəbi futbolçusu sayılır!

“Fənərbaxça”dan ayrılan bir futbolçunun adı artıq rəsmən bəllidi. Enner Valensiyanın son mövsümdəki qəhrəmanlığına və göstəricilərinə baxmayaraq, rəhbərlik onu heyətdə saxlamağı, müqaviləsini yeniləməyi lazım bilmədi. 33 yaşlı ekvadorlu forvard Braziliya təmsilçisi “İnternasyonal”la üçillik müqavilə imzalayıb və artıq bu klubun formasını geyərək jurnalistlərin önünə çıxıb. Geridə qoyduğumuz mövsümdə Valensiya 48 rəsmi oyunda 29-u Türkiyə çempionatında olmaqla 33 qol vurdu. Bu performansla o, adını klubun tarixinə yazdırdı. Belə ki, buna qədər “Fənər”in tarixində bir futbolçunun mövsüm ərzində çempionatda 29 qol vurmasına yalnız bir dəfə təsadüf olunmuşdu. Bunu 1988/89-da Aykut Kocaman bacarmışdı. Ümumilikdə Valensiya 3 mövsüm ərzində “Fənər”də 116 rəsmi qarşılaşmada 59 qol, 17 məhsuldar ötürməlik performans sərgilədi.

Klubun mərkəz hücumçusu üçün ilk namizədi bəllidi. Bu, “İnter”in bosniyalı forvardı Edin Cekodu. Srağagün təcrübəli futbolçunun meneceri Alessandro Luççi danışıqlar üçün İstanbula gəlib. Luççi həm də Vinçentso Montellanın meneceridi. 37 yaşlı futbolçunun “İnter”lə müqavilə müddəti başa çatmaq üzrədi və o, iyunun 30-dan sərbəst oyunçuya çevriləcək. “Fanatik” nəşrinin yazdığına inansaq, “Fənər” Cekoya imza parasından əlavə illik 4,5 milyon avro maaş və ikiillik müqavilə təklif edib. Tanınmış oyunçunun meneceri təklifi düşünmək üçün gələn həftəyə qədər vaxt istəyib. Cekoya ABŞ-dan və Asiya ölkələrindən də təkliflər var. Amma o, karyerasını Avropada davam etdirməkdə maraqlıdı. Daha öncə “Volfsburq”, “Mançester Siti” və “Roma”nın şərəfini qoruyan Ceko son 2 ildə “İnter”in uğurları üçün tər tökürdü. 193 sm boya malik olan təcrübəli hücumçu geridə qoyduğumuz mövsümdə 52 rəsmi oyunda 14 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bosniya yığmasında isə 127 oyunda 64 qol vurub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-06-2023, 22:0

''Fənərbaxça'' ilk transferini reallaşdırdı

Dünya futbolu

2-02-2023, 17:0

“Fənərbaxça”nın transfer gündəmi

Dünya futbolu

20-03-2023, 15:0

''Fənərbaxça''da qapıçı məsələsi həll olundu

Dünya futbolu

3-09-2022, 10:0

Batşuayi rəsmən "Fənər"də

Dünya futbolu

26-06-2022, 12:0

''Qalatasaray'' ilk transferini reallaşdırdı

Dünya futbolu

16-07-2022, 17:0

“Fənərbaxça”nın iştirak ərizəsinə kimlərin adı düşmədi?

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Bu gün, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Bu gün, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Bu gün, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Bu gün, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Bu gün, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Bu gün, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Bu gün, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Bu gün, 16:40
    Samokun yeni klubu bilindi
  • Bu gün, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Bu gün, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Bu gün, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Bu gün, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Bu gün, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Bu gün, 13:00
    500-cü oyun, 550-ci qol
  • Bu gün, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Bu gün, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Bu gün, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Bu gün, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Bu gün, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 161
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə