''Fənərbaxça'' ilk transferini reallaşdırdı

13.06.2023 22:15 257
Dünya futbolu
''Fənərbaxça'' bu yayın ilk transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi ''Reyncers''lə müqavilə müddəti başa çatan və azad agent statusunda olan Rayan Kenti heyətinə qatıb. 26 yaşlı ingiltərəli vinger ilə dördillik anlaşma əldə olunub. Onun illik məvacibi 1,7 milyon avro təşkil edəcək. Kent ''Liverpul''un yetirməsi olsa da, əsas komandada oynamaq ona qismət olmayıb. O, ''Koventri'', ''Barnsli'', ''Frayburq'' və ''Bristol Siti''də oyandıqdan sonra 2018-də ''Reyncers''ə gəlib. İlk mövsümündə ümidləri dogrultduqdan sonra Qlazqo nəhəngi ''Liverpul''a 7,2 milyon avro ödəyərək onu daimi əsasda heyətinə qatıb. Əsil mövqeyi sol vinger olan və driblinq özəlliyinə malik olan Kent hücumun istənilən bölgəsində oynamağı bacarır. Komandanın Stiven Cerrardın başçılığı altında çempion olduğu 2020/21-də mövsümdəki uğurda Kentin böyük rolu olmuşdu. Ümumilikdə ''Reyncers''də 5 mövsümə 2 titul qazanan Kent 138 qarşılaşmada 28 qol, 33 məhsuldar ötürmə ilə fərqlənib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul