• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Estoniyada da Bakıdan xalla getdi, biz kimi udacağıq? - REPORTAJ

Yığma / Reportaj

20-06-2023, 13:0

Oyundan öncə çoxları millimizin Estoniyanı məğlub etməli olduğunu düşünürdü. Axı qrupda “dişimizə görə” olan yeganə rəqib məhz estonlardı. Hücumameyilli heyətlə meydana çıxmaq lazım idi ki, De Byazi də bunu etmişdi. İtaliyalı tipik 4-3-3 sxeminə uyğun “11-liy”ə güvənmişdi. Höccət Haqverdidən başqa meydana çıxan futbolçuların hamısı, demək olar ki, əla mövsüm keçirib. De Byazinin onlara güvənməsi normal, bu heyətdən qələbə gözləməyimiz məntiqli idi.

"Football-plus.az" xəbər verir ki, gözlənilənin əksinə, oyuna qonaqlar daha istəkli başladı. Heberlinin komandası sanki evdə oynayırmış kimi rahat idi. İlk təhlükəli hücumu da onlar qurdu. Sappinen təkbətək epizodda Şahruddini məyus edə bilmədi. Bu anda Bəhlulun da müdaxiləsi topun qapıdan aralı keçməsinə səbəb oldu. İlk 20 dəqiqə ərzində yığmamız şokda idi. Futbolçular bir-birinə dəqiq ötürmə verməkdə belə çətinlik çəkirdi. Mahir Emreli ilə Höccət Haqverdi arasında daim problem yaşanırdı. Müdafiəçi çox vaxt hücuma qoşulurdu. Mahirin isə bir çox hallarda arxada oynadığını görürdük. 21-ci dəqiqədə Şahruddin komandamızı yenə qoldan xilas etdi. Henri onunla təkbətəkdən məğlub ayrıldı. Estonlar zaman keçdikcə təhlükəli vəziyyətlərin sayını artırırdı. Bunun nəticəsi kimi də 27-ci dəqiqədə istəklərinə çatdılar. Künc zərbəsindən ötürmə zamanı müdafiəçilərin cinayətkarcasına məsuliyyətsizliyi fonunda Sappinen topu qapıdan keçirdi.

Hesab açılandan sonra düşünürdük ki, yığmamız özünə gələcək və hücuma atılacaq. Lakin De Byazinin komandası özünü itirmişdi. Futbolçular heç nə ilə yadda qalmırdı. 35-ci dəqiqədə Henri müdafiəçiləri bir-birinə qataraq qapı önünə ötürmə verdi. Yaxşı ki Lukkanın toxunuşundan sonra top tora daxil olmadı, yoxsa bizim üçün oyun bitəcəkdi. 4 dəqiqə sonra Henri yenə diqqət mərkəzinə düşdü. Sol cinahdan asmanı birbaşa qapıya göndərsə də, Şahruddin yerində idi. İlk hissənin sonuna 5 dəqiqə qalmış millimiz toparlanmağa başladı. Sağ cinahın heç bir işə yaramadığını görən De Byazi hücumların soldan qurulmasını tapşırdı. 41-ci dəqiqə Eminin təhlükəli kəsmə zərbəsinin qarşısını Heyn asanlıqla aldı. İlk hissəyə əlavə olunan 1-ci dəqiqədə isə Mahir diqqət mərkəzinə düşdü. Onun sol ayaqla zərbəsi qapıdan aralı keçdi. Beləliklə, komandalar fasiləyə Estoniyanın 1:0 hesablı üstünlüyü ilə yollandı.

De Byazi ikinci hissəyə üç əvəzetmə ilə başladı. Höccət Haqverdi, Elvin Camalov və Elvin Cəfərquliyev istirahətə çəkildi. Onların yerinə isə meydana Qismət Alıyev, Anton Krivotsyuk və Toral Bayramov çıxdı. Bu dəyişiklik millinin oyununa müsbət təsir etdi. De Byazi sistemi dəyişərək 4-3-3-dən 5-3-2-yə keçdi. Fasilədən sonra ilk təhlükləli hücumu da komandamız gerçəkləşdirdi. Ramilin sol cinahdan ötürməsini Renat düzəldərək qapıya göndərdi. Lakin müdafiəçi topun xəttdən keçməsinə mane oldu. Qayıdan topa Qismət zərbə vursa da, top Sinyavskinin əlinə dəydi. Oyunçularımız etiraz etsə də, baş hakim VAR-dakılarla məsləhətləşərək 11 metrlik cərimə zərbəsi təyin etmədi. 58-ci dəqiqədə isə Bədavinin uzaqdan zərbəsi qapıdan aralı keçdi. Yığmanın üstünlüyü ələ alması yekunda qolla nəticələndi. 62-ci dəqiqədə Eminin künc nöqtəsindən ötürdüyü topu Anton başla qapıya göndərdi. Hesab bərabərləşəndən sonra rəqiblər qarşılıqlı hücumlar qurmağa çalışırdı. Qələbə qazanmağın vacibliyini anlayan De Byazi Ozobiçlə Musanı Aleksey və Renatla əvəzlədi. 82-ci dəqiqədə xorvatiyalı yarımmüdafiəçi qol vurmağa yaxın oldu. Onun cərimə zərbəsindən qapıya göndərdiyi topun qarşısını Heyn çətinliklə aldı. Bir dəqiqə sonra Toralın sol cinahdan asmasına Mahir başla zərbə endirsə də, top qapıdan aralı keçdi. Görüşün əsas vaxtına əlavə olunan 3-cü dəqiqədə Ozobiç matçın qəhrəmanı ola bilərdi. Düzdü, diqqət mərkəzində Toral idi. O, müdafiəçiləri aldadaraq qapı istiqamətində irəliləyirdi. Topu ələ keçirən Ozobiçin zərbəsi dirəyə tuş gəldi…

Beləliklə, matç heç-heçə bitdi. Düzdü, yığmamız qrupda ilk xalını qazandı. Amma bu məğlubiyyətə bərabər heç-heçədi. Məsələyə başqa prizmadan baxsaq, italiyalı mütəxəssisin rəhbərlik etdiyi kollektivin doğma meydanda Estoniyanı üstələməyə gücü çatmadı. Daha bir məqam: De Byazinin yığması hər hissədə fərqli təsir bağışlamaqla bağlı tendensiyanı davam etdirir. Yığmamızın növbəti oyunu sentyabrın 9-da Bakıda Belçikaya qarşı keçirəcəyini də xatırladaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

9-06-2023, 20:0

Jurnalistlər U-21 ilə oyuna buraxılmayacaq

Yığma / Manşet

15-06-2023, 17:0

Millinin estonlara qarşı təxmini heyəti - TƏHLİL

Yığma / Manşet

31-03-2023, 13:0

De Byazinin düşüncələrinin iflası - TƏHLİL

Yığma / Yazarlar

9-06-2022, 20:0

Milli bu heyətlə Slovakiyanı məğlub edə bilər – DE BYAZİNİN MENYUSUNA

Yığma / Manşet

17-11-2022, 04:0

Millimizdən qələbə - YENİLƏNİB

Aktual
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 178
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 166
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə