• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazinin düşüncələrinin iflası - TƏHLİL

Yığma / Manşet

31-03-2023, 13:0

Milli komanda növbəti tsiklə başladı. Lakin belə start olmaz olsun. Canni de Byazinin rəhbərlik etdiyi kollektiv AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda əvvəlcə Avstriyaya (1:4), daha sonra İsveçə (0:5) məğlub oldu. Bu yazıda yığmanın biabırçı startının səbəblərini izah etməyə çalışacağıq.

Uğursuz taktiki sxem

Avstriya ilə görüşdən öncə futbol ictimaiyyətinin əksər nümayəndələri düşünürdü ki, millimiz bu tsikldə 5-li müdafiə ilə oynayacaq. Hətta bəziləri, elə biz də bu sxemə uyğun “11-lik”lər tərtib etmişdik. Ümumilikdə səslənən fikirlər doğru idi. Çünki Avstriya və İsveç olduqca sürətli komandalardı. Onların heyətində bir anda oyunun nəticəsinə təsir edə biləcək futbolçular var. Bu səbəbdən də 5-li müdafiə sistemi Azərbaycan yığması üçün ən doğru variant idi. Lakin Canni de Byazi fərqli düşündü. Son 5 oyunda 4-3-3 sxemi ilə əldə olunan qələbələr baş məşqçini eyforiyaya qapdırmışdı. Ki, italiyalı həm Avstriya, həm də İsveç ilə görüşdə bu düzülüşdən istifadə etdi.

Düzgün heyətin seçilməməsi

Bunu əsasən ilk oyuna şamil etmək olar. Həqiqətən də Avstriya ilə görüşün start “11-liy”i idealdan çox uzaq idi. Başlayaq elə qapıçı seçimindən. Futbol ictimaiyyəti düşünürdü ki, Avstriya ilə qarşılaşmada qapını daha təcrübəli Səlahət Ağayevlə Emil Balayevdən biri qorumalıdı. Çünki Yusif İmanov yalnız premyer-liqa matçlarında meydana çıxıb. Görüşün ilk dəqiqələrində göründü ki, gənc futbolçu özünü itirib. Müdafiəçilərin də səhvlərə yol verməsi Yusifin işini daha da çətinləşdirdi. Buna baxmayaraq, matç ərzində bir neçə seyvlə diqqəti çəkdi. Məğlubiyyəti ancaq onun personasıyla bağlamaq düzgün deyil.

Avstriya ilə qarşılaşma üçün daha bir səhv seçim Bəxtiyar Həsənalızadə ilə bağlı idi. Müdafiəçi bir aydan çox idi ki, “Sabah”ın heyətində çıxış etmirdi. Çünki zədəli idi. Qolunun gipsi millinin düşərgəsində çıxarılıb. Belə olan halda həm fiziki, həm də psixoloji cəhətdən hazır olmayan oyunçunu ilk “11-lik”də meydana buraxmaq doğru qərar deyildi. Lakin De Byazi bunu etdi və cəzasını ağır ödədi. “Sabah”ın üzvünün kobud səhvləri oyunun taleyini həll etdi.

İsveçlə görüşdə De Byazinin səhvlərindən nəticə çıxardığını görmək olardı. Çünki italiyalı heyətdə dörd dəyişiklik etmişdi. Yusif İmanovu Emil Balayevlə, Bəxtiyar Həsənalızadəni Anton Krivotsyukla, Eddi İsrafilovu Aleksey İsayevlə, Ozan Can Kökçünü isə Toral Bayramovla əvəzləmişdi. Başlayaq elə qapıçı seçimindən. Birinci görüşdə Yusifə güvənilmişdisə, bu seçim üzərində dayanılmalıydı. Çünki gənc qolkiperin üzərindən stress atılmışdı. O, Avstriya ilə oyundakı kimi həyəcanlı olmayacaqdı və bu görüşdə daha inamlı çıxış edəcəkdi. Lakin De Byazi, yəqin ki, məğlubiyyətdə həm də İmanovu günahkar hesab edərək onu Balayevlə əvəzlədi. Amma yenə yanıldı. Çünki isveçlilərin vurduğu ilk qolda “Səbail”in qolkiperi kobud səhvə yol verdi. Antonun Bəxtiyarı əvəzləməsi düzgün qərar idi. Çünki “Sabah”ın üzvünün ilk oyunda nələr etdiyini hamı gördü. Lakin Krivotsyuk da o qədər də inamlı çıxış etmədi. Zaman-zaman etdiyi səhvlər yığma üçün problem yaradırdı. Eddinin əvəzinə Alekseyin oynamasını başa düşmək olardı. Çünki “Neftçi”nin üzvü ilk oyunda zədələnmişdi. Amma dayaq yarımmüdafiəçinin əvəzinə yaradıcı futbolçu ilə meydana çıxmaq doğru deyildi. Məntiqlə Eddini Elvin Camalov əvəzləməli idi. De Byazi isə İsveçdən xal almaq potensialının olduğunu nəzərə alaraq meydana hücumameyilli kollektiv buraxmışdı.

Nəhayət, Toral Bayramov Ozan Can Kökçünü əvəzləmişdi. Bu dəyişiklik Avstriya ilə qarşılaşmaya görə idi. “Endyhoven”in vingeri ilk görüşdə özünü yaxşı tərəfdən göstərə bilməmişdi. Lakin Toralı özünə yad mövqedə sınamaq fayda vermədi.

Düzgün rotasiyaların edilməməsi

Taktiki sxemin, ilk “11-liy”in səhv olmasını anlamaq mümkündü. Lakin futbolçuların mövqelərə görə düzgün oynadılmamasını başa düşmək çətindi. 3 il ərzində gördük ki, De Byazi eksperimentlər aparmağı sevir. Amma bir məsələ var. Rotasiyaları yoxlama görüşlərində edirlər ki, futbolçular yeni mövqelərinə alışsınlar. Lakin De Byazinin düşüncələrinin nəticəsi fərqli oldu. Düzdü, o, bundan öncə Höccət Haqverdini müdafiənin sağında oynadaraq müəyyən qədər uğur əldə etmiş oldu. Bəs sol cinah müdafiəçisi və vingeri olan Toral Bayramovun sağda mübarizə aparması nəyə əsasən düşünülmüşdü? Ramil Şeydayev “Qarabağ”da bu mövqedə oynayır. Avstriya ilə görüşdə sol cinahda o qədər də effektli olmadı. Bunu nəzərə alaraq Şeydayevi sağda, Bayramovu isə əks mövqedə oynatmaq daha məntiqli idi. De Byazi belə etmədi. İsveçlə matçın ikinci hissəsində Höccət Haqverdinin əvəzinə Cəlal Hüseynov meydana daxil oldu. “Şamaxı”nın mərkəz müdafiəçisi millidə sağ cinahda çıxış etdi. Halbuki bu mövqe gənc futbolçu üçün yaddı. Belə rotasiya etməkdənsə, Azər Əliyevi orda oynatmaq daha doğru qərar olardı.

Futbolçuların zəif performansı
Demək olar ki, hər iki oyunda bütün futbolçular potensialından aşağı səviyyədə çıxış etdi. Adlara köklənmək lazım deyil. Çünki hər şey ortadadı. Öz klublarında daha istəkli görünənlər millidə sönük və aciz idi. Təbii ki, bunun səbəbi var. Baş məşqçinin üç planda səhvə yol verməsi futbolçuların daha yaxşı mübarizə aparmasına mane olurdu.

Yekun

Ümumi mənzərədən gördük ki, yığma son iki matçda çox zəif oyun sərgilədi. Canni de Byazinin komandası bu oyunlarda fiaskoya uğradı. İndiki halda qrupdan çıxmaq şansımız, demək olar ki, möcüzəyə bərabərdi, hətta yoxdu. Amma heç olmasa, meydana mübariz komanda çıxarmaq olar. Bunu baş məşqçi bacarmayacaqsa, onunla yola davam etməyə dəyməz. Ümumiyyətlə, iki görüşdə bu qədər səhvə yol verən mütəxəssislə yola davam edib-etməmək başqa yazının mövzusudu.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma

10-10-2022, 15:0

Millimizin oyunlarının vaxtı bilindi - Avro-2024

Yığma / Manşet

24-03-2023, 16:0

Azərbaycan millisinin Avstriyaya qarşı TƏXMİNİ HEYƏTİ

Yığma

7-12-2022, 15:0

İsveç-Azərbaycan matçı bu stadionda keçiriləcək

Yığma / AÇ

26-03-2023, 22:0

"Şərəflə əlimizdən gələni etməyə çalışacağıq" - Canni De Byazi

Yığma / Manşet

25-03-2023, 01:0

Millimiz Avstriyadan əliboş dönür - YENİLƏNİB

Manşet / Yazarlar

1-10-2022, 19:0

De Byazi Azərbaycan futbol ictimaiyyətindən üzr istəməlidi - YAZI

Aktual
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 180
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə