Superağır çəkidə sabiq mütləq dünya çempionu Evander Holifild (44-10) belə hesab edir ki, superağır çəkidə WBC versiyası üzrə çempion Tayson Füri (33-0) hazırda planetin ən güclü ağırçəkilisidi:
“Düşünürəm ki, məhz indi dünyanın ən güclü ağırçəkili döyüşçüsü Tayson Füridi. O, heç kimin qalib gəlmədiyi oğlandı. Siz nə deyirsiz-deyin, ona hələ ki heç kim qalib gəlməyib”.
Xatırladaq ki, Füri ötən il dekabrın 3-də keçirdiyi son döyüşün 10-cu raundunda Derek Çisoraya (33-13) texniki nokautla qalib gəlib, Bununla belə, Holifildin bu açıqlaması istənilən halda mübahisəlidi. Axı üç versiya üzrə çempion Aleksandr Usik də var. Nə qədər ki, ukraynalı ilə britaniyalı oktaqonda üz-üzə gəlməyib, kimin daha güclü olmasıyla bağlı bütün mülahizələr qüsurludu.
Füri ilə Usik arasında birləşdirici döyüşün təşkili ilə bağlı danışıqların uğursuz nəticələnməsindən isə hər kəs xəbərdardı.
"Football-plus.az"