• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Monumental”da azarkeş faciəsi, son çempion autsayderə də boyun əydi - TURUN ŞƏRHİ

Dünya futbolu

8-06-2023, 17:0

Argentina çempionatının 19-cu turunda nəzərdə tutulan 14 oyundan biri baş tutmadı. Daha doğrusu, paytaxtda keçirilən matçlardan biri ilk yarının ortalarında dayandırıldı.

"Football-plus.az" xəbər verir ki, bu fakt liderin oyununda qeydə alındı.

Son vaxtlar qeyri-sabit çıxış edən “River Pleyt”in tura 5-ci yerdə başlayan “Defensa y Xustisiya” ilə oyununu gözləməyə dəyərdi. İyunun 5-nə təyin olunan matç, gözlənildiyi kimi, ev sahiblərinin üstünlüyü ilə başladı. Martin Demiçelisin komandası müdafiəyə daha çox diqqət ayıran rəqibin qapısı istiqamətində endirdiyi ilk 6 zərbədən heç birində hesabı aça bilmədi. Qonaq komanda isə ilk 26 dəqiqə ərzində 3 belə cəhdə əl atdı ki, nəticə eyni oldu. Və həmin dəqiqədə hakim matçı dayandırdı. Fernando Rapalyiniyə “Monumental” stadionunun tribunalarından birinin aşağı hissəsində bir nəfərin xəsarət alması ilə bağlı məlumat verildi. Bir neçə dəqiqəlik müzakirələrdən sonra 26-cı dəqiqədə dayandırılan matçın qalan hissəsinin daha sonra keçirilməsinə qərar verildi. Təcili yardım xidmətinin rəhbəri Alberto Kreşentinin dediyinə görə, azarkeşlərdən biri trbunadan yıxılaraq ölüb: “O, yerə yıxıldığı andaca həlak olub. Azarkeş 15 metr hündürlükdən düşərək bədəninin müxtəlif nahiylərindən ciddi xəsarətlər alıb. Onu heç kimin itələmədiyi dəqiqləşdirilib”. Matçın başa çatdırılmaması Demiçelisin komandasının liderlik mövqeyinə təsir etmədi. Amma “River”lə əsas izləyicisi arasındakı xal fərqi 6-dan 4-ə düşdü.

“San Lorenso” liderin oyununun yarımçıq qalmasından maksimum yararlana bilmədi. Ruben İnsuanın komandası evdə “Kolon”la qolsuz heç-heçəyə razılaşdı. Paytaxt təmsilçisinin qələbəyə layiq oyun sərgilədiyini söyləmək olmur. Əksinə, 27 yaşlı qapıçı Battalya 4 dəfə komandasını real qoldan xilas etməklə meydan sahiblərinin xal qazanmasında böyük rol oynadı. Maraq üçün qeyd edək ki, “San Lorenso” bu mövsüm öz meydanında keçirdiyi 10-cu oyunda da top buraxmadı və bu göstəricidə çempionatın lideridi. Amma son iki oyunda itirilən 5 xal “göy-qırmızılar”a 2-ci yeri itirmək bahasına başa gəldi.

Çünki tura 3-cü yerdə başlayan “Talyeres de Kordoba” səfərdə “Tiqre”yə 3:1 hesabıyla üstün gəldi. Xavyer Qandolfinin çalışdırdığı komanda son 6 oyunda 5-ci qələbəsini qazandı. Yüksəlişdə olan Kordoba klubu “San Lorenso”nu arxada qoyaraq liderlə xal fərqini 4-ə endirdi.
Tura 4-cü yerdə start verən “Estudiantes” də maksimum nəticəyə nail oldu. “Barrakas Sentral” üzərində 5:2 hesablı qələbə “tələbələr”ə cədvəldəki mövqeyini qorumaq imkanı verdi.

Son 3 oyunda qələbə qazanmaqla azarkeşlərini ümidləndirən “Boka Xuniors”un uğurlu seriyası qırıldı. Son çempion liqanın aşkar autsayderi “Arsenal”dan səfərdə xal ala bilmədi. Ölkə nəhəngi ilk hissənin ortalarında qapısında gördüyü yeganə qola cavab verə bilmədi. Buna Mariano Erronun komandasının 52-ci dəqiqədən sona qədər on nəfərlə oynamasının da təsiri oldu. Müdafiəçi Veyqandtın qarşısında birbaşa qırmızı vərəqə görməsi “göy-sarılar”ın turu xalsız başa vurmasına şərait yaratdı. “Boka” bu mövsüm üzləşdiyi 8-ci məğlubiyyətdən sonra turnir cədvəlində 9-cu yerdən 10-a düşdü. İndi liderdən 14 xal geri qalan çempionun titulla vidalaşmasına çox da qalmayıb.

19-cu tur
San Lorenso - Kolon 0:0


Tiqre - Talyeres de Kordoba 1:3
Lusiatti, 45+5 - M.Santos, 15. Bustos, 86; 90+5.

Estudiantes - Barrakas Sentral 5:2
Rollheyser, 12. X.Rodriges, 23. X.Sosa, 36. Lolyo, 62. Karrilyo, 76 – Kalderara, 3. Mater, 71.

Rosario Sentral – İnstituto 4:1
Velis, 15. Kampas, 58. Cakkone, 65; 90+5 – A.Martines, 72-p.

Lanus - Atletiko Tukuman 2:1
De la Veqa, 35. Laysa, 45+2 – Koronel, 23.

Belqrano - Veles Sarsfild 2:0
Veqetti, 2. G.Pereyra, 35.

Arsenal - Boka Xuniors 1:0
Pombo, 25.

Rasinq - Banfild 2:0
Auçe, 11. Q.Roxas, 89.

Arxentinos Xuniors – Platense 1:0
Eredia, 90+4.

Sentral Kordoba - Atletiko Urakan 2:0
Besotsi, 24. Masyel, 43.

Union - Ximnasiya 2:0
Domina, 56. Kastrilyon, 72.

Qodoy Krus - İndependyente 2:1
Koneçni, 6; 31 – A.Kosta, 56.

Sarmyento - Nyuellz Old Boyz 0:0
“River Pleyt” – “Defensa y Xustisiya” oyunu 26-cı dəqiqədə dayandırılıb.

1. River Pleyt 18 13 2 3 31-11 41
2. Talyeres de Kordoba 19 11 4 4 34-17 37
3. San Lorenso 19 10 6 3 19-7 36
4. Estudiantes 19 10 5 4 25-16 35
5. Rosario Sentral 19 9 6 4 29-23 33
6. Lanus 18 9 5 4 26-17 32
7. Belqrano 19 9 4 6 17-15 31
8. Defensa y Xustisiya 18 8 6 4 23-12 30
9. Qodoy Krus 19 8 5 6 22-21 29
10. Boka Xuniors 19 8 3 8 22-17 27
11. Nyuellz Old Boyz 19 7 6 6 16-15 27
12. Arxentinos Xuniors 19 7 5 7 22-17 26
13. Sarmyento 19 6 7 6 18-15 25
14. Platense 19 6 5 8 20-24 23
15. Sentral Kordoba 19 6 5 8 16-21 23
16. Tiqre 19 5 7 7 18-22 22
17. Rasinq 18 6 4 8 22-27 22
18. Barrakas Sentral 19 5 7 7 19-26 22
19. Ximnasiya 19 6 4 9 16-27 22
20. İnstituto 19 5 6 8 15-25 21
21. Kolon 19 3 11 5 17-20 20
22. Veles Sarsfild 18 3 9 6 18-19 18
23. İndependyente 19 3 9 7 18-23 18
24. Atletiko Tukuman 19 3 9 7 15-22 18
25. Atletiko Urakan 19 4 6 9 15-23 18
26. Banfild 19 4 6 9 12-22 18
27. Union 18 4 6 8 12-22 18
28. Arsenal 19 5 2 12 15-26 17

Bombardirlər: M.Santos (Talyeres de Kordoba), Veqetti (Belqrano) – 11, Kauteruçço (İndependyente), Retegi (Tiqre) - 10, Avalos (Arxentinos Xuniors), L.Dias (Lanus) - 9, N.Fernandes (Defensa y Xustisiya) - 8.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-05-2023, 19:0

259-cu “Superklasiko”nun mənzərəsi: 7 qırmızı vərəqə və “River”in qələbəsi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-05-2023, 23:0

“River Pleyt”i dayandıran tapıldı, son çempion vitse-çempiona qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

17-03-2023, 15:0

“San Lorenso” vahid lider oldu, son çempion autsayderdən xal ala bilmədi - ŞƏRH

Dünya futbolu

31-03-2023, 16:0

Son çempion debütanta evdə məğlub oldu - ŞƏRH

Dünya futbolu

7-04-2023, 22:0

“River Pleyt” fərqi 4 xala çatdırdı: İbarranın “Boka”dakı fəaliyyəti 8 ay çəkdi

Dünya futbolu

19-05-2023, 18:0

“River”in məğlubiyyətsiz seriyası qırıldı, vitse-çempion 20-ci yerə yuvarlandı - TURUN ŞƏRHİ

Aktual
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Son xəbərlər
  • Bu gün, 15:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 231
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə