Jezuş İkardini ''Qalatasaray''ın əlindən oğurlayır!

13.06.2023 15:36 292
Dünya futbolu
''Qalatasaray''da əla mövsüm keçirərək dəyərini artıran Mauro İkardinin gələcək taleyi hələ də qeyri-müəyyəndi. Bir şey dəqiqdi ki, məsələ uzandıqca və işin içinə ərəblər girincə, ''Qalatasaray''ın onu yenidən komandaya cəlb etmək ehtimalı azalır.

"Football-plus.az" xəbər verir ki, müqavilə ilə PSJ-yə məxsus olan argentinalı forvard ilə bağlı indi də tamamilə yeni bir iddia ortaya atılıb.

Bilindiyi kimi Jorje Jezuş artıq ''Fənərbaxça''dan ayrılıb. Onun Səudiyyə Ərəbistanı yığmasının başına keçəcəyi deyilirdi. Amma sən demə portuqaliyalı mütəxəssis daha öncə çalışdığı ''Əl-Hilal''ın başına keçməyə daha yaxındı. Jezuş 2018/19-da ''Əl-Hilal''ın başında yalnız Səudiyyə Ərəbistanı superkubokunu qazanmışdı. Bu dəfə o, Ər-Riyad təmsilçisini çempion etmək istəyir. Özü də deyilənə görə Jezuş rəhbərlikdən ilk növbədə məhz İkardinin transferini tələb edib. Daha öncə ''Əl-Tavun''un İkardiyə illik 20 milyon avro təklif etməsi barədə xəbərlər yayılmışdı.

''Əl-Hilal'' isə bir qədər də irəli gedərək 30 yaşlı futbolçuya illik 25 milyon avro məvacib olmaqla üçillik astronomik təklif irəli sürüb! Qısası İkardi təkliflərin içində itib-batır. ''Qalatasaray''ın ümidi isə günü-gündən azalır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul