İndi bütün ''Qalatasaray''lıları maraqlandıran əsas məqam Mauro İkardinin komandada qalıb-qalmayacağıdı.
“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi vurduğu vacib qollarla ''Cim-Bom''u çempionluğa daşıyan argentinalı forvard müqavilə ilə PSJ-yə məxsusdu. Onun parislilərlə birillik müqaviləsi qalıb. 2022/23-də İkardinin illik qazancı 6 milyon avro idi. Amma bunun yalnız 750 min avrosunu ''Qalatasaray'', qalan hissəsini PSJ ödədi. ''Atletiko'' və ''Roma''nın hədəfində olan İkardinin ''Qalatasaray''da qalması üçün tələbləri bəlli olub. Daha doğrusu bu tələbləri rəhbərliyə İkardinin meneceri və həyat yoldaşı Vanda Nara irəli sürüb. 3 illik müqavilə tələb edən Naranın şərtləri bunlardı.
* 3 milyon avrosu nəğd ödənilmək şərti ilə illik 6 milyon avro məvacib.
* Start heyətində oynadığı ilk 5 rəsmi oyun üçün 250 min avro, ilk 10 rəsmi oyun üçün 500 min avro, ilk 15 rəsmi oyun üçün 750 min avro bonus!
* ''Qalatasaray'' superliqa çempionu olacağı təqdirdə 250 min avro, Avropa Liqasını qazanacağı təqdirdə 750 min avro bonus.
* Avrokuboklarda qazanılan hər oyun üçün 35 min avro, superliqada qazanılan hər oyun üçün 20 min avro, kubokda qazanılan hər oyun üçün 8 min avro bonus.
* ÇL-in qrup mərhələsi uğurla dəf ediləcəyi halda 250 min avro, komanda 1/4 finala yüksələcəyi halda 400 min avro, yarımfinala yüksələcəyi halda 500 min avro və nəhayət, titulu qazanacağı halda 5 milyon avro bonus.