Huşunu itirərək yerə yıxıldı

23.11.2026 14:25 0
Dünya futbolu
Leandro Paredes komandasının Sudamerikana Kubokundakı çempionluğunu doyunca bayram edə bilməyib. “Boka Xuniors”un yarımmüdafiəçisi “Atletiko Mineyro” ilə final oyunundan (2:0) sonra müsahibə zamanı huşunu itirib.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı argentinalı futbolçu jurnalist Marselo Benedetto ilə söhbət edərkən özünü pis hiss edib və yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib.

Qeyd edək ki, Leandro hələ matç zamanı başgicəllənmədən şikayətlənib və 58-ci dəqiqədə əvəzlənib. Huşunu itirdikdən sonra futbolçu xəstəxanaya aparılıb. Argentina mətbuatının məlumatına görə, onun vəziyyətinin pisləşməsinə Kolumbiyanın Barrankilya şəhərindəki güclü istilər fonunda təzyiqinin düşməsi səbəb ola bilər.

Yaxşı ki, Paredes bir neçə dəqiqədən sonra özünü yaxşı hiss etdiyini bildirib və azarkeşlərə dəstəyə görə təşəkkür edib.