Jezuşun yeni iş yeri bəllidi?

4.06.2023 20:53 278
Dünya futbolu
Mövsümün sonunda ''Fənərbaxça'' ilə müqavilə müddəti başa çatmasına baxmayaraq hələ də gələcəyi qeyri-müəyyən olan Jorje Jezuşla bağlı növbəti şaiyə ortaya atılıb.

"Football-plus.az" xəbər verir ki, Türkiyə mətbuatının yazdığına inansaq, ''Fənər'' hətta ölkə kubokunu qazansa belə, məhşur portuqaliyalı məşqçi vəzifəsində qalmayacaq. Belə ki, daha öncə Braziliyada işləmək istədiyi iddia edilən Jezuş Səudiyyə Ərəbistanı yığması ilə ilkin anlaşma əldə edib. Bu iddianı ortaya ''Fanatik'' nəşri atıb. Nəşrin yazdığına inansaq, tərəflər ''2+1'' illik müqavilə ilə bağlı anlaşıblar. Jezuşun illik məvacibi isə 10 milyon avro olacaq. Bununla yanaşı Jezuşu əvəzləyə biləcək məşqçilərin siyahısı da artır. Vinçentso Montella ilə Abdulla Avcının başçılıq etdiyi siyahıya indi də Mirça Luçeskunun adı daxil edilib. Hazırda Kiyev ''Dinamo''sunu çalışdıran 77 yaşlı mütəxəssisin müqavilə müddəti 2024-də başa çatacaq.

Xatırladaq ki, Luçesku ''Qalatasaray'' və ''Beşiktaş''ı çempion edib, üstəlik Türkiyə yığmasını da çalışdırıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul