Klubunda mövsümün ən yaxşı oyunçusu seçildi

10.06.2023 17:32 215
Dünya futbolu
“Arsenal”da son mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Martin Edeqor olub.

Danimarkalı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda 55 faiz səslə qalib olub. Edeqor mövsüm ərzində premyer-liqada meydana çıxdığı 37 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

Sorğuda sonrakı yerləri Bukayo Saka və Qabriel Martinelli tutublar.