Yunanıstan çempionatında oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Xames Rodriges olub. “Olimpiakos”un 31 yaşlı kolumbiyalı yarımmüdafiəçisi azarkeşlər arasında keçirilən sorğuda 53,35 faiz səs toplayıb. Xames ötən ay superliqanın 4 oyunda meydana çıxıb, 2 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.