“Arsenal”da hamını arxada qoydu

10.03.2022 17:00 441
Dünya futbolu
“Arsenal”da fevralın ən yaxşı oyunçusu müəyyənləşib.

İngiltərə klubunun saytının xəbərinə görə, bu nominasiyada Tomas Partey qalib gəlib. O, azarkeşlər arasında keçirilən səsvermədə 49 faiz səslə 1-ci yeri tutub. Qanalı yarımmüdafiəçi fevralda premyer-liqada meydana çıxdığı 4 oyunda 1 məhsuldar ötürmə etmişdi. Tomas ilk dəfə klubunda ayın ən yaxşı futbolçusu seçilib.

Ondan sonrakı yerləri Martin Edeqor ilə Bukayo Saka tutublar.