“Barselona”da son mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Pedri olub. 19 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda səslərin 30,67 faizini toplamaqla bütün oyundaşlarını arxada qoyub. Pedri mövsüm ərzində keçirdiyi 22 oyunda komandaya 5 qol və 1 məhsuldar ötürmə ilə faydalı olub.
Sorğuda növbəti iki yeri Ronald Arauxo (27,11 faiz) və Mark-Andre ter Ştegen (7,29 faiz) tutublar.