Milli Moldovaya penaltilər seriyasında uduzdu

14.09.2026 20:25 27
Ölkə futbolu
19 yaşadək qızlardan ibarət millimiz Moldova ilə yoldaşlıq oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.

Qalibin müəyyənləşməsi üçün keçirilən penalti seriyasında Moldova yığması 5:4 hesabı ilə üstün olub.

Komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da saat 10.00-da “Dalğa Arena”nın ehtiyat meydançasında keçiriləcək.