"Sabah"a qarşı layiqli mübarizə apardıq" - Zaur Həşimov

14.09.2026 22:36 108
Ölkə futbolu / Manşet
"Şəfa" Misli premyer-liqasının 5-ci turunda "Sabah"a məğlub oldu - 0:3.

"Football-plus.az" xəbər verir ki, debütantın baş məşqçisi Zaur Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- İlk qolu buraxana qədər oyundan razı idim. Daha çox top bizdə qalırdı, hücumlar qururduq. Əlbəttə, rəqibin gücünü nəzərə alırıq. Çox yaxşı komandaya qarşı oynadıq. 4 gün əvvəl "Mançester Yunayted"lə qarşılaşmışdılar. Düşünürəm ki, "Sabah"a qarşı layiqli mübarizə apardıq. Sadəcə, buraxdığımız qollar məni məyus edir. Ümumən, komandamdan razı qaldım. "Şəfa" oyunu ilə çempionata rəng qata bilib. Gələcəkdə daha yaxşı çıxış edəcəyimizi düşünürəm.

- "Şəfa" ən çox qul buraxan və ən az qol vuran iki komandadan biridi. Bu məqam sizi narahat edir?
- Bəli. Çempionluq uğrunda mübarizə aparan rəqiblərdən daha çox qol buraxmışıq. Bununla barışmırıq. Belə rəqiblərə qarşı tədbir görməliyik.

- Nicat Mehbalıyev səhvlərə yol verir. Onunla fərdi söhbət aparmağı planlaşdırırsız?
- Nicat bizim futbolçumuzdu, O, bilir ki, başqa qapıçılarla rəqabət olacaq. Bu, Nicatı cəzalandırmaq üçün deyil.