Xuan Kuadradonun 17 illik vətən həsrəti sona çatdı.
"Football-plus.az" xəbər verir ki, söhbət onun bu müddətdən sonra ölkəsində çıxış etmək imkanı qazanmasından gedir. 38 yaşlı yarımmüdafiəçi “Milyonarios”la anlaşıb. Kolumbiya klubunun mətbuat xidmətinin məlumata görə, tərəflər arasında imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Xuan Boqota klubuna azad agent kimi qoşulub.
Onun sonuncu klubu “Piza” olub. O, ötən mövsüm İtaliya komandanın heyətində 21 oyunda meydana çıxıb və 1 qol vurub. “İndependyente Medelyin”in yetirməsi olan Kuadrado bu komandanı 2009-cu ildə tərk edərək Avropaya gəlmişdi. O, bu qitədəki uzunmüddətli karyerası ərzində “Udineze”, “Leççe”, “Fiorentina”, “Çelsi”, “Yuventus”, “İnter” və “Atalanta”nın da şərəfini qoruyub.
Xuanın 2010-23-cü illərdə Kolumbiya yığmasında 116 oyuna və 11 qol vurduğunu da qeyd edək.
17 illik vətən həsrəti sona çatdı
Dünya futbolu






