Mövsüm sona yaxınlaşsa da, Serxio Ramosun PSJ-də qalıb-qalmayacağı hələ ki bəlli deyil.
"Football-plus.az" xəbər verir ki, komandanın baş məşqçisi Kristof Qaltye müdafiəçi ilə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparıldığını bildirib:
“Ramos digər oyunçular üçün nümunədi. Paltardəyişmə otağında əsas futbolçudu. Bilirəm ki, hazırda onun agentləri ilə klub arasında danışıqlar gedir. Mən Serxionun meydanda etdiklərindən çox razıyam”.
Qeyd edək ki, Ramosun PSJ ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.