Bilindiyi kimi, Misli premyer-liqasında iyunun 19-da açıq elan edilən “transfer pəncərəsi” sentyabrın 10-u, saat 23.59-da bağlandı. Sizi klubların bu müddətdə heyətdə hansı dəyişiklikləri etdiyini bildirmişdik.
Maraqlıdı, bəs, çempionluq uğrunda mübarizə aparacaq komandalar – “Qarabağ”, “Sabah”, “Neftçi” və “Turan Tovuz” bundan sonra da transferlər edəcəklər, yoxsa artıq proses tam başa çatdı?
Bu suallarla klubların mətbuat xidmətlərinin rəhbərlərinə müraciət etdik. “Qarabağ”dan Anar Hacıyev, “Sabah”dan Elnur Həmidov, “Neftçi”dən Asəf Zeynallı hələ hansısa transfer reallaşdırmadıqlarını, keçidlərin olacağı təqdirdə rəsmi məlumat yayacaqlarını bildirdilər. “Turan Tovuz”dan Süleyman Tağıyev isə transfer etməyəcəklərini dedi.
Xatırladaq ki, premyer-liqa klubları gələn il martın 31-dək azad agent statusu daşıyan futbolçularla güclənə bilər.
KƏNAN BAHADIR
Kim yeni futbolçu alacaq? – çempionluğa iddialı klublardan cavab gəldi
Ölkə futbolu / Manşet






